Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yolu keçən azyaşlını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bolu bölgəsində baş verən qəzanın görüntüləri kameraya düşüb.
Belə ki, ailəsi ilə birlikdə yolun qarşı tərəfinə piyada keçidindən keçən 4 yaşlı oğlanı sürətlə hərəkətdə olan 14-ACP-119 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil vurub. Zərbənin şiddətində azyaşlı bir neçə metr kənara düşüb. Qəza nəticəsində xəsarətlər alan uşaq xəstəxanaya aparılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        