İspaniya sığınacaqlardan qara pişiklərin sahiblənməyi müvəqqəti olaraq qadağan edir
"Unikal" xəbər verir ki, Kataloniyanın şimal-şərqində yerləşən Terrassa şəhərinin hakimiyyət orqanları Hellouin bayramı (6 oktyabr - 10 noyabr) ərəfəsində heyvan sığınacaqlarından qara pişiklərin götürülməsini qadağan edib.
Yerli heyvanların rifahı xidmətinin məlumatına görə, bu, pişikləri "pis rituallarda" və ya dəbli bayram rekvizitləri kimi istifadə olunmasından qorumaq üçündür.