Məşhur hücumçu Tyeri Anri üçün “Arsenal” stadionu yaxınlığında heykəl ucaldılıb.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu bir neçə gün əvvəl heykəli övladları ilə ziyarət edib. Bu an Paramount+ telekanalı tərəfindən lentə alınıb. Uşaqlar ona soruşublar:
“Heykəl niyə belə əsəbi görünür?”
Anri cavab verib:
“O gün mən əsəbiləşmişdim. Biz “Tottenhem”lə oynayırdıq və mən bu komandadan xoşum gəlmir.”
Heykəl, Anrinin “Tottenhem”ə qarşı vurduğu qollardan birinin anını əks etdirir.Terri Anri karyerasının ən uğurlu dövrlərini "Arsenal”da keçirib. Bu səhnə uşaqların da “Tottenhem”i sevməyəcəyinə işarə kimi qiymətləndirilir.