Ukrayna lideri “istəkli ölkələr koalisiyası”nın görüşündə təhlükəsizlik zəmanətləri axtaracaq...
Poliqon xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Londona səfər edəcək. Səfərin məqsədi “istəkli ölkələr koalisiyası”nın görüşündə iştirak etməklə yanaşı, Kiyev üçün yeni təhlükəsizlik zəmanətləri əldə etməkdir.
Zelenskinin bu səfəri ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcəyi gözlənilən sammit ərəfəsində baş tutur. Avropada bir sıra siyasi dairələr Ukraynanın bu sammitə dəvət olunmamasından narazılığını ifadə edib.
Mənbələrə görə, Zelenski Britaniya hökuməti ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni maliyyə və hərbi dəstək paketlərinin müzakirəsini planlaşdırır. Londonda keçiriləcək görüşlərdə Böyük Britaniyanın baş naziri Kir Starmerin və bir neçə Avropa ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir.
Poliqon.info