Almaniyanın “Ştutqart” komandası ev oyunlarındakı möhtəşəm müdafiə nəticələri ilə diqqət çəkir.
90deqiqe.Az “Opta”ya istinadən xəbər verir ki, ötən həftəsonu ilə “Ştutqart” Avropanın beş aparıcı liqasında (Premyer Liqa, La Liqa, Seriya A, Liqa 1 və Bundesliqa) hələ evdə qol buraxmayan yeganə komandadır.
Bundesliqada klub mövsüm ərzində üç ev oyununda qələbə qazanıb:
“Borussiya Mönhenqladbax” 1:0
“Sankt-Pauli” 2:0
“Haydenhaym” 1:0
Hazırda “Ştutqart” 15 xalla üçüncü pillədədir.