AZ

Məşhur məşqçinin oğlu qəzada həlak oldu

525.az saytına istinadən ain.az xəbər verir.

Tanınmış ingilis məşqçi Stüart Pirsin oğlu Harli yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uiltşirdə, evlərinin yaxınlığında baş verib.

Harlinin idarə etdiyi traktorun təkəri partlayıb və aşıb. Ağır xəsarətlər alan gənc hadisə yerində keçinib.

Qeyd edək ki, futbolçu kimi 1996-cı ildə İngiltərə millisinin heyətində Avropa birinciliyinin bürünc medalını qazanmış Stüart Pirs bir çox komandaların, o cümlədən 2005-2007-ci illərdə "Mançester Siti"nin, 2012-ci ildə isə İngiltərə millisinin baş məşqçisi olub.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
525.az

1Mənbələr