AZ

Sertifikatlaşdırılmanın müsahibə mərhələsində maksimum bal topladı - FOTO

Goranboy rayonunun Veyisli kəndində yerləşən Kəlbəcər rayon 77 saylı tam orta məktəbin biologiya müəllimi Sevinc Vəliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində maksimum (40 bal) nəticə göstərib.

Bu barədə Redaktor.az-a o, özü məlumat verib.

Qeyd edək ki, Sevinc Vəliyeva iyunun 25-də keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində biologiya fənnindən 58 bal toplayaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində maksimum 60, müsahibə mərhələsində isə maksimum 40 bal toplamaq mümkündür. Beləliklə Sevinc Vəliyeva sertifikatlaşdırma prosesində ümumilikdə 98 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Turan İSMAYIL

2
Seçilən
121
1
redaktor.az

2Mənbələr