Dağıstan Respublikası veyplərin satışına qadağa tətbiq edən pilot bölgələrdən biri ola bilər. Bu təşəbbüsü respublika rəhbəri Sergey Melikov Dövlət Dumasına təqdim edib.
Melikovun administrasiyasının Telegram-kanalında yaydığı məlumatda bildirilir ki, o, Dağıstanı pilot region kimi müəyyən etməyi xahiş edib. Rəhbərin sözlərinə görə, veyplərin pərakəndə satışının qadağan olunması, onların istifadəsi ilə əlaqəli xəstəliklərin sayını azaltmağa kömək edə bilər.
Hazırda təklif Dövlət Dumasında baxılır və qərarın qəbulu regionda sağlamlıq siyasətinin gücləndirilməsinə yönəldilmiş addım kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az