La Liqa rəhbərliyi İspaniya Futbolçular Assosiasiyasına rəsmi məktub göndərib.

Offsideplus.az xəbər verir ki, məktubda oyunçuların Barselona–Vilyarreal matçının Mayamidə keçirilməsinə qarşı etirazı nəticəsində yaranmış “maddi zərərlərin” hesablanmasından sonra “hüquqi tədbirlər görüləcəyi” bildirilib.

Assosiasiya futbolçuların bu qərara qarşı çıxışını “ədalətli və birgə hərəkət” kimi dəyərləndirsə də, La Liqa rəhbərliyi bunu “liqaya zərər vuran addım” hesab edir.

Xatırladaq ki, futbolçular xaricdə oyun keçirilməsinə qarşı çıxaraq, yerli azarkeşlərin və idmanın ədalətli ruhunun qorunmasını tələb etmişdilər.