AZ

Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və... Belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Sosial şəbəkələrdəki son xəbərlər ürək bulandırır. Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və bu kimi xüsusiyyətlərə malik insanlar düşüblər əl-ayağa, danışdıqca da batırlar. Bütün bunları görmək və eşitmək, belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir".

Mia.az xəbər verir ki, bu sözləri sosial media səhifəsində müğənni Nura Suri yazıb.

O, daha sonra belə davam edib:

"Hörmətli jurnalistlər, bir vətəndaş kimi xahiş edirəm, belə insanların yaxşı və ya pis heç bir müsahibəsini, yazdığı statusu və ya bir cümləsini paylaşmayın.

Xahiş edirəm, bir müddət fəxr edə biləcəyimiz, qürur duya biləcəyimiz insanları, onların nailiyyətlərini və söhbətlərini paylaşın. Bir az bu çirkabdan təmizlənək, rahatlanaq. Vallah, fəxr edə biləcəyimiz insanlarımız çoxdur. Onları təbliğ edin".

LƏMAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
4
mia.az

5Mənbələr