İngiltərə millisinin və “Bayern Münhen”in hücumçusu Harri Keyn özünün “xəyal komandası”nı açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ulduz forvard seçimini həm keçmiş, həm də müasir dövrün böyük futbolçularından formalaşdırıb.

Kane-in seçdiyi “Ultimate XI” belədir:

Qapıçı: Manuel Noyer
Müdafiə: Kayl Uolker, Corco Kyellini, Con Terri, Marselo
Yarımmüdafiə: Serxio Buskets, Zinəddin Zidan, Andres İnyesta
Hücum: Lionel Messi, Ronaldo Nazario, Kriştianu Ronaldu

O, bu heyətlə futbol tarixinin ən güclü oyunçularını bir araya gətirdiyini bildirib.