AZ

Almaniyada 81 yaşlı qadın hicablı qızlara hücum edib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Almaniyanın Drezden şəhərində yaşlı qadın 14 yaşlı iki qıza hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı qadın şəhərdəki bağçada iki hicablı qızı təhqir edib, onların ünvanına irqçi təhqirlər səsləndirib. O, bununla da kifayətlənməyərək, qızlardan birinin hicabını zorla çıxardıb. Nəticədə qız yüngül xəsarət alıb.

Polis qadına qarşı ictimai təhrik və təcavüz ittihamı ilə istintaq başladıb.

İsgəndər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
525.az

1Mənbələr