AZ

İran Trampın danışıqlar təklifini rədd edib

Xamenei: Bu, razılaşma deyil, təzyiq və qorxutmadır...

İranın ali lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın iki ölkə arasında danışıqları bərpa etmək təklifini rədd edib.

Poliqon xəbər verir ki bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xamenei bildirib ki, Trampın “danışıqlar aparmaq bacarığı” barədə iddiaları reallığı əks etdirmir: “Tramp deyir ki, o, danışıqlar ustasıdır. Amma əgər razılaşma təzyiq və məcburiyyətlə müşayiət olunursa, onun nəticəsi əvvəlcədən müəyyən edilibsə, bu, danışıqlar deyil, diktə və qorxutmadır”, — deyə ali lider vurğulayıb.

O, həmçinin ABŞ-ın İranın nüvə sənayesini məhv etdiyi barədə bəyanatlarını təkzib edib: “ABŞ prezidenti fəxrlə deyir ki, guya onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Buyursun, xəyal qurmağa davam etsin! ABŞ-ın İranda nüvə obyektlərinin olub-olmaması ilə nə əlaqəsi var? Bu müdaxilələr əsassız, yanlış və zorakı xarakter daşıyır”, — Xamenei əlavə edib.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr