AZ

Fatihin infarkt keçirməsinə səbəb arıqlama iynəsidir?

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Fatih Ürek keçən həftə evində səhər yeməyi yeyərkən infarkt keçirib.

Ölkə.az xəbər verir ki, hazırda reanimasiyada süni koma vəziyyətində saxlanılan sənətçinin arıqlamaq üçün istifadə etdiyi iynədən qəfil ürək tutması keçirdiyi iddia edilmişdi. 

Məsələ ilə bağlı Fatih Ürekin meneceri Mert Siliv açıqlama verib. O bildirib ki, yayılan məmulatların heç biri həqiqətə uyğun deyil.

Qeyd edək ki, 59 yaşlı Fatih xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.(axsam)

Seçilən
125
olke.az

1Mənbələr