AZ

Ronaldunun oğlu ilk dəfə U-16 yığmasında

"Ən-Nəsr" klubunun vingeri Kriştianu Ronaldu dos Santos Portuqaliya U-16 yığmasına ilk dəfə dəvət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Kriştianu Ronaldunun 15 yaşlı oğlu Antalyada keçiriləcək Federasiya Kubokuna çağırılıb.

Portuqaliya millisi kubokda Türkiyə, İngiltərə və Uelsl yığmaları ilə qarşılaşacaq.

Kiçik Ronaldu Portuqaliya U-15 milli komandasının heyətində artıq oynayıb. O, may ayında Xorvatiya ilə matçda debüt qolunu vurub.

Milli.Az

Seçilən
93
milli.az

1Mənbələr