Rusiyalı MMA əfsanəsi Fyodr Yemelyanenko əfsanəvi boksçu Mayk Taysonla mümkün döyüş haqda danışıb.
Publika.az xəbər verir ki, Yemelyanenko bu barədə RTRT telekanalına müsahibəsində deyib.
– Boks qaydalarına uyğun olaraq Mayk Taysonla döyüşməyə hazır olduğunuz barədə şayiələr var idi. Bu realdır?
– Məndə olan məlumata görə, bu fikir həqiqətən də müzakirə olunub. Amma Mayk özü vurğulayıb ki, heç kim bunu onun tərəfində müzakirə etməyib. O, heç bir təklif almayıb. Mübarizəmizin mümkün olacağına inanmıram. PFL-in tədbirində yollarımız kəsişib və Tayson mənə çox hörmət etdiyini və mənimlə döyüşmək istəmədiyini deyib.