AZ

ABŞ-də nüvə arsenalına cavabdeh 1,4 min əməkdaş məzuniyyətə göndərildi

BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ-də hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması (şatdaun) səbəbindən Energetika Nazirliyi Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) 1 400 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rait məlumat verib.

Nazirin sözlərinə görə, bu, ölkə tarixində ilk dəfə baş verən haldır.

“Milli Nüvə Təhlükəsizliyi İdarəsində 1 400 əməkdaşı ödənişsiz məzuniyyətə göndərməyə məcbur qaldıq. Belə bir şey bundan əvvəl heç vaxt olmayıb,” - nazir mətbuat konfransında bildirib.

Qeyd edək ki, adıçəkilən idarə ABŞ-nin nüvə arsenalının modernləşdirilməsi və təhlükəsiz saxlanılması üçün məsuliyyət daşıyır.

Seçilən
46
teleqraf.com

1Mənbələr