ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Science of Scare" layihəsi ürək döyüntülərinin ölçülməsi əsasında ən dəhşətli qorxu filmlərinin siyahısını yeniləyib.
Oxu.Az xəbər verir ki, Skott Derriksonun "Sinister" (2012) filmi reytinqdə birinci yeri tutub.
Rob Saviçin "Astral: Onlayn" (2020) və Kayl Edvard Bollun "Paranormal Hal: Skinamarink" (2022) filmləri isə ilk üçlüyü tamamlayıblar.
Qeyd edək ki, "Science of Scare" komandası hər il ingilis dilində ən qorxulu filmləri seçir və onları 250 könüllüdən ibarət qrupa nümayiş etdirir. Xüsusi nümayişlər zamanı iştirakçılar film boyu ürək döyüntülərini ölçən xüsusi monitorlar taxırlar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.