AZ

“Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”.

“Şükürlər olsun ki, qızıl medal qazandım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri III MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Elşad Abbasov (51 kiloqram) deyib.

Finalda belaruslu Tsimafey Semianenkanı üstələyən idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib:

“Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Daha ciddi uğurlar qazanmaq istəyirəm”.

Gələcək hədəflərindən də söz açan gənc idmançı əlavə edib: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”.

Seçilən
112
sportinfo.az

1Mənbələr