AZ

ABŞ də hökumətin maliyyələşdirilməsi ilə bağlı səsvermə yenidən uğursuz oldu

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Senatında hökumətin fəaliyyətini maliyyələşdirməyə dair Respublikaçılar Partiyasının irəli sürdüyü qanun layihəsi üzrə 11-ci səsvermə də nəticəsiz başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, səsvermə zamanı layihənin lehinə 50, əleyhinə isə 43 senator çıxış edib.

Lakin sənədin qəbul olunması üçün tələb olunan 60 səs baryeri aşılmayıb. Ümumilikdə 7 senator səsvermədə iştirak etməyib.

Layihə noyabrın 21-dək federal hökumətin maliyyələşdirilməsini nəzərdə tuturdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
168
qafqazinfo.az

1Mənbələr