ABŞ-nin Şimali Karolina ştatında bir vaxtlar NASA və təhlükəsizlik qurumları tərəfindən istifadə olunan peyk izləmə mərkəzi satışa çıxarılıb.
News24.az xəbər verir ki, obyektin dəyəri milyardlarla dollar olsa da, satış qiyməti cəmi 30 milyon dollar olaraq müəyyən edilib.
1960-cı illərdə tikilən baza illərlə kosmosdan məlumat toplayıb və məxfi rabitə üçün istifadə olunub. Hal-hazırda isə elmi təlim və müşahidə mərkəzi kimi fəaliyyət göstərir.
Meşənin içində yerləşən 192 hektarlıq ərazidə teleskoplar, laboratoriyalar, məlumat mərkəzi və yataqxanalar mövcuddur.
Satış üçün xüsusi icazə tələb olunur və şirkət bildirir ki, obyektin dünyada analoqu yoxdur.
Xeyrənsə Piriyeva