AZ

ABŞ G7-dən Rusiyaya qarşı təzyiqi gücləndirməyi tələb edir

BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessent Britaniya, Almaniya və Kanadadan olan həmkarları ilə görüşlərində Vaşinqton administrasiyasının Rusiyaya qarşı iqtisadi təzyiqin artırılmasını gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bessentin yazılı açıqlamasına görə, keçən həftə Vaşinqtonda keçirilən görüşlərdə britaniyalı maliyyə naziri Reyçel Rivs, Almaniyanın maliyyə naziri Lars Klinqbayl və Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan iştirak edib.

Məlumata görə, Bessent Rivs ilə görüşdə ABŞ administrasiyasının Avropadan G7 çərçivəsində Rusiyaya qarşı koordinasiya olunmuş təzyiqin artırılmasında aparıcı rol gözlədiyini vurğulayıb. Klinqbayla görüşdə o, Avropa ölkələrindən G7 vasitəsilə Rusiyaya qarşı təzyiqin aktiv şəkildə artırılmasını tələb etdiyini bildirib. Kanadalı həmkarı ilə görüşdə isə Bessent Kanadadan Avropa və Britaniya ilə birgə Rusiyaya qarşı iqtisadi təzyiqin gücləndirilməsini gözlədiyini söyləyib.

Həmçinin, Bessent Avropa Komissiyasının iqtisadiyyat və məhsuldarlıq üzrə üzvü Valdis Dombrovski ilə görüşdə qeyd edib ki, Avropa G7 çərçivəsində Rusiyaya qarşı iqtisadi təzyiqi aktiv şəkildə artırmalıdır.

Seçilən
105
teleqraf.com

1Mənbələr