BAKI, 21 oktyabr. TELEQRAF
İtaliyada polis “Real Sebastiani” basketbol klubunun üç azarkeşini avtobusa hücum edərək sürücünü öldürməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, hadisə barədə "La Repubblica" qəzeti məlumat yayıb.
İstintaqa görə, hücum edənlər Pistoya şəhərindən olan azarkeşləri daşıyan avtobusu daşlayıblar. Nəticədə avtobusun ön şüşəsi qırılıb və daşlardan biri sürücüyə dəyərək onun ölümünə səbəb olub.
Hazırda polis üç şübhəlini həbs edib. Onlara qrup halında qəsdən adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, saxlanılanlardan ikisi ultra-sağ radikal hərəkatların üzvləridir.
Avtobus bazar günü keçirilən oyundan sonra Toskana bölgəsinə qayıdırdı və içərisində təxminən 45 nəfər olub. Hadisə Rieti və Terni şəhərləri arasındakı magistralda baş verib.
Sərnişinlərin sözlərinə görə, sürücü tərəfdəki şüşənin sınmaması sayəsində avtobusun qəzaya uğramasının qarşısı alınıb.