
Bu gecə rus ordusu Xarkovu idarə olunan hava bombaları (KAB) ilə vurublar.
Reyting.az xəbər verir ki, hücum nəticəsində 9 nəfər yaralanıb.
Sənaye rayonunda ən azı 15 evə ziyan dəyib.
Xarkov meri İqor Terexov hücumu təsdiqləyib.
"Xarkov düşmən KAB-ın hücumuna məruz qaldı - şəhərdə partlayışlar olub. İlkin olaraq - sənaye bölgəsində", - o deyib.
Mer şəhərin Nemişlyanski rayonuna daha bir zərbə vurulması barədə məlumatı təsdiqləyib.
V. QULİYEV