BAKI, 21 oktyabr. TELEQRAF
"SpaceX” şirkətinin hazırladığı "Starship" raketinin 12-ci uçuşu proqram üçün həlledici mərhələ olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Digital Trends" nəşri yazır.
Məqalədə qeyd olunur ki, 14 oktyabrda baş tutan son uçuş uğurlu sayılıb, lakin növbəti sınaq daha önəmlidir. Beləki ilk dəfə yeni nəsil V3 versiyalı "Starship" raketi sınaqdan keçiriləcək.
Yeni V3 modeli daha yüksək gücə malik olacaq və uzunmüddətli missiyalar üçün təkrar istifadəyə imkan verəcək. Ekspertlərin fikrincə, bu versiya digər planetlərə uzaq uçuşlarda və NASA-nın "Artemis III" proqramı çərçivəsində Aya astronavt enişində istifadə oluna bilər.
Növbəti sınağın 2025-ci ilin sonu -2026-cı ilin əvvəllərində keçirilməsi planlaşdırılır.