AZ

Trampın kürəkəni və nümayəndəsi İsrail rəsmiləri görüşüb Qəzza Planın ikinci mərhələsi müzakirə olunur

ain.az bildirir, Mia.az portalına istinadən.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşner İsrail  rəsmiləri ilə Qəzzadakı Sülh Planının ikinci mərhələsi ilə bağlı görüşüblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrailin “Yedioth Ahronoth” qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, Stiv Vitkoff və Jared Kuşner İsraildə  Hərbi Kəşfiyyat direktoru Şlomi Binder və İsrail Müdafiə Qüvvələrinin Planlaşdırma Direktorluğunun direktoru Eyal Harel ilə qapalı müzakirə aparıblar. 

Məlumata görə, ABŞ rəsmiləri görüşdə Qəzzaya beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsi və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan atəşkəs razılaşmasının ikinci mərhələsinə hazırlıq məsələlərinin detallarını müzakirəyə çıxarıblar: "Görüşdə İsrail rəsmiləri isə Qəzza zolağının böyük hissəsində hələ də mövcud olan tunellərdən narahatlığını bildirib və beynəlxalq qüvvələrdən onları aradan qaldırmağı tələb ediblər".

ABŞ rəsmiləri bir neçə gün əvvəl iki İsrail əsgərinin ölümü ilə nəticələnən Rəfahdakı HƏMAS döyüşçüləri ilə toqquşmaya görə narahatlıqlarını da bildiriblər. Qeyd olunub ki, bu hadisə vasitəçilər Qətər, Türkiyə və Misirlə müzakirə olunub: "Onlar bu hadisədə HƏMAS-ın əlinin olmadığını deyiblər..."

İsrail tərəfi yəhudi girovların cəsədlərinin dağıntılar altından daha operativ çıxarılması ilə yanaşı, HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmələrini də gözlədiklərini ABŞ tərəfinin diqqətinə çatdırıblar.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
mia.az

1Mənbələr