AZ

Avstraliya səfiri Trampdan üzr istəyib

Diplomatik münasibətlərdə gərgin an...

Poliqon xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Avstraliyanın ABŞ-dakı səfiri Kevin Radd ABŞ prezidenti Donald Trampdan onun barəsində keçmişdə işlətmiş təhqiramiz ifadələrə görə üzr istəyib.

K.Radd daha əvvəl Trampı “Qərbin xaini”, “tarixdə ən dağıdıcı prezident” və hətta “kənd axmağı” adlandırmışdı. O, Trampın prezident seçkilərində qələbə qazandığı dövrdə sosial şəbəkə “X”dəki bütün mənfi paylaşımlarını silmişdi.

Məqalədə bildirilir ki, bazar ertəsi Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Avstraliya baş naziri Entoni Albanese nadir torpaq metalları ilə bağlı 8,5 milyard dollarlıq saziş imzalayıblar. Bunun ardınca keçirilən izdihamlı və qeyri-rəsmi mətbuat konfransı zamanı Tramp Avstraliya səfirinə yönəlik zarafatvari irad bildirib. ABŞ lideri K.Raddın hələ də səfir vəzifəsində qalıb-qalmadığını soruşaraq əlavə edib: “O da mənim xoşuma gəlmir və görünür, heç vaxt gəlməyəcək.” Zalda isə bu sözlər gülüş doğurub.

Təxminən yarım saat sonra K.Radd prezidentin yanına gələrək “dörd il əvvəl kənd axmağı adlandırdığı adama qarşı dediklərinə görə” üzr istəyib. Avstraliya mənbələrinin verdiyi məlumata görə, Donald Tramp səfirin üzrünü qəbul edib.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr