AZ

Yaponiya tarixində İLK - Qadın baş nazir olacaq

Yaponiyanın siyasət tarixində ilk dəfə qadın baş nazir vəzifəsinə gələcək.

BAKU.WS xəbər verir ki, ölkə parlamentinin aşağı palatası oktyabrın 21-də keçiriləcək növbədənkənar sessiyada yeni hökumət başçısının seçilməsi üçün səsvermə aparacaq.

Gözlənilir ki, səsvermə nəticəsində hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçi baş nazir postuna seçiləcək. Bu qərar Yaponiyanın siyasi tarixində ilk dəfə qadının hökumətə rəhbərlik etməsi kimi yadda qalacaq.

Sessiyanın səhər saatlarında, səsvermədən bir neçə saat öncə, hazırkı baş nazir Şigeru İşiba və onun kabineti istefa verəcək.

Qeyd edək ki, İşiba 386 gün ərzində Yaponiyanın baş naziri vəzifəsini icra edib.

Seçilən
65
1
far.az

2Mənbələr