Vaşinqtonla Moskva arasında danışıqlar gözlənilmədən dayandırılıb...
Poliqon xəbər verir ki, CNN telekanalının məlumatına görə, bu həftə baş tutmalı olan Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun görüşü “hələlik təxirə salınıb”.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında Ukraynadakı müharibənin mümkün sonlanması ilə bağlı “fərqli gözləntilər” mövcuddur. CNN qeyd edir ki, bu görüşün təxirə salınması ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda görüşmək planlarını da poza bilər.
Xatırladaq ki, oktyabrın 16-da Tramp və Putin arasında iki saat davam edən telefon danışığı baş tutub. Danışıqlardan sonra liderlər bu il ikinci dəfə üzbəüz görüş keçirmək barədə razılığa gəliblər. Görüşün dəqiq tarixi açıqlanmasa da, tərəflər yer olaraq Budapeşti seçiblər. Dünən Kremlin rəsmi nümayəndəsi sammitin hazırlanması üzrə işlərin artıq başlandığını bəyan edib. Həmin gün axşam saatlarında Sergey Lavrov və Marko Rubio telefonla danışaraq mümkün görüş barədə müzakirə aparıblar. Reuters agentliyi isə görüşün oktyabrın 23-də baş tuta biləcəyini yazmışdı.
Poliqon.info