AZ

Belçika dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifin hazırlanmasına razılıq verib

Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyi üçün yeni mexanizm üzərində işləyəcək...

Poliqon xəbər verir ki, Politico nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Belçika hakimiyyəti Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı hüquqi təklif hazırlamasına “mane olmayacaq”.

Bu məsələ oktyabrın 23-də Brüsseldə keçiriləcək Avropa Şurasının rüblük iclasında gündəliyə daxil ediləcək. Həmin toplantıda Avropa İttifaqı liderlərinin Avropa Komissiyasına təklifin işlənməsi barədə rəsmi tapşırıq verməsi gözlənilir.

Təklif qəbul olunacağı təqdirdə, bu mexanizm Ukraynanın hərbi əməliyyatlarının maliyyələşdirilməsi üçün növbəti iki-üç il ərzində “140 milyard avroya qədər” vəsaitin ayrılmasına imkan yaradacaq. Lakin “Politico”nun mənbələri hesab edirlər ki, bu planın razılaşdırılması üçün Aİ ölkələri arasında “bir neçə həftəlik çətin danışıqlar” aparılacaq.

Diplomatik dairələrdə vurğulanır ki, ABŞ prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putinin Budapeştdə planlaşdırılan görüşünə qədər bu maliyyə dəstəyinin təmin olunması “Kiyev üçün ciddi siyasi üstünlük” olacaq və “onu ərazi güzəştlərinə məcbur etmək cəhdlərini zəiflədəcək”.

Qeyd edək ki, bundan bir gün əvvəl ABŞ hakimiyyəti “bazar sabitliyi üçün risklər” səbəbilə Aİ-nin dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yönəldilməsi planına qoşulmaqdan imtina etdiyini bəyan etmişdi. Hələ oktyabrın əvvəlində Belçika baş naziri də bildirmişdi ki, “mümkün nəticələrə görə məsuliyyət daşımaq və aktivlərin müsadirəsi kimi yozula biləcək addımlarda iştirak etmək” niyyətində deyil.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr