AZ

Trampın Putinlə Budapeştdə görüşmək təklifi Avropanı möhkəm qıcıqlandırıb....


"Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsindəqarşıda gözlənilən Tramp-Putin görüşü barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Avropa Birliyi Trampın Putinlə görüşünü Budapeştdə keçirmək təklifindən ciddi narazılıq edir. Əvvəla, ona görəki, Beynəlxalq cinayət məhkəməsi Ukrayna müharibəsinə görə Putinin həbsinə order verib və Avropa ölkələri əslində beynəlxalq hüquqla Putini Avropaya girən kimi həbs etməlidirlər. Nəinki ona qobaqpərvərcəsinə qucaq açmaq.... İkinci, Avropanın hava məkanı Putinin təyyarəsi üçün açılmalıdır ki, Avropa dövlətləri bunu qəbul edə bilmirlər. Həqiqətən də Tramp böyük səhvə yol verərək Putinlə görüşün Macarıstsnda keçirilməsini təklif edib . Avropa ölkələri Putinin təyyarəsinə hava dəhlizi verməyi özlərinə heç sığışdıra bilmirlər. Putin tam sərbəst şəraitdə Budapeştdə Tramla görüşə bilsə, o, Ukrayna müharibəsində daha da aqressivləşəcək. Əslində bu, Avropa ölkələrinə təhqir kimi bir şeydi.Tramp bu pisliyi Avropa dövlətlərinə niyə rəva gördü?!..... Tramp Putinlə görüşünü Qatarda, Səudiyyədə, Misirdə, Türkiyədə də keçirə bilərdi.Sanki Avropa dövlətlərini Putinin qarşısında aşağılamaq kimi bir məqsədi var imiş.... Bu hadisə Avropa ilə Trampın arasında ixtilafı bir az da dərinləşdirəcək.." Mətləb
Seçilən
6
baki-xeber.com

1Mənbələr