AZ

Erakçi və Quterreş bölgəni müzakirə ediblər

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Seyid Abbas Erakçi ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Erakçi sionist rejimin atəşkəsi pozmağa davam etməsinin qarşısını almaq və Qəzza xalqına humanitar yardımların çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayıb.

Erakçi həmçinin Yəməndəki hadisələrə toxunaraq, sionist rejimin bu ölkəyə hücumlarını pisləyib və Yəməndə sabitliyin təmin edilməsi və regional təhlükəsizliyin qorunması üçün BMT ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

BMT-nin baş katibi İrana bu istiqamətdə göstərdiyi səylərə görə təşəkkür edib və Yəməndə və regionda sabitlik, eləcə də təhlükəsizliyin bərqərar olması üçün diplomatik məsləhətləşmələrin davam etdirilməsini istəyib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
bizimyol.info

1Mənbələr