AZ

ABŞ G7-dən Rusiyaya qarşı təzyiqin artırılmasını gözləyir

Vaşinqton “Böyük yeddilik” ölkələrindən koordinasiyalı addımlar atmağı tələb edir...

Poliqon xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanada hökumətlərinin həmkarlarına, eləcə də Avropa İttifaqının iqtisadiyyat üzrə komissarına müraciət edərək Rusiyaya qarşı iqtisadi təzyiqin “Böyük yeddilik” (G7) formatında gücləndirilməsini istəyib.

Nazirin sözlərinə görə, Vaşinqton bu prosesdə G7 ölkələrinin lider rolunu üzərlərinə götürəcəyinə və birgə, koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyinə ümid edir. Bessent qeyd edib ki, ABŞ Avropadan bu istiqamətdə “aktiv və prinsipial mövqe” gözləyir.

Maliyyə naziri eyni zamanda istisna etməyib ki, Çin Rusiyadan neft alışı siyasətini davam etdirərsə, Pekinə qarşı da yeni gömrük rüsumları tətbiq oluna bilər. Lakin o vurğulayıb ki, bu addım yalnız Avropa müttəfiqlərinin dəstəyi ilə həyata keçiriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl NATO müttəfiqlərinə Rusiya neftinin idxalını dayandırmaq çağırışı etmiş və birgə qərar qəbul ediləcəyi təqdirdə sərt sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi.

Poliqon.info

Seçilən
122
poliqon.info

1Mənbələr