AZ

Azərbaycan və Qazaxıstan rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad NəbiyevAstanada Qazaxıstan hökümətinin nümayəndələri ilə bir sıra görüşlərkeçirib. Aparılan danışıqlarda innovasiyalar, rəqəmsallaşma vəinformasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqperspektivləri müzakirə olunub.

Trend xəbər verirki, bu barədə nazir Rəşad Nəbiyev öz rəsmi "X" səhifəsindəyazıb.

"Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri NurkanSauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlərzamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıqperspektivlərini müzakirə etdik.Səfər çərçivəsində “Astana Hub”innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKTsahəsində peşəkar mütəxəssislərin hazırlanması, startaplarıninkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyatakeçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişafsahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsiapardıq", - məlumatda qeyd olunur.

Nazirin sözlərinə görə, Qazaxıstanın baş nazirinin müavini –rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev iləkeçirilən görüşdə isə rəqəmsal hökumət həlləri, süni intellekt,kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığıngenişləndirilməsi məsələləri gündəmdə olub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
76
9
az.trend.az

10Mənbələr