“Mellbyu” vaxtından əvvəl İsveç çempionu olub.
Publika.az xəbər verir ki, Ali liqanın 27-ci turunda klub səfərdə “Geteborq”u 2:0 hesabı ilə məğlub edib. “Mellbyu” mövsümün bitməsinə üç tur qalmış 66 xal toplayıb. İkinci pillədə 55 xalla “Hammarbü” qərarlaşıb.
“Mellbyu” 1500-dən az əhalisi olan kiçik Hellevik kəndini təmsil edir.
Komanda 2018-ci ildə üçüncü divizionda çıxış edib, 2019-cu ildə ikinci liqaya yüksəlib və 2020-ci ildən etibarən ali liqada oynayır. Bu, klubun tarixində ilk İsveç çempionluğudur. Klubun əvvəlki ən yaxşı nailiyyəti 2020-ci il mövsümündə beşinci yer olub.