
Bu gün, oktyabrın 21-i, Gədəbəyin yetirdiyi unudulmaz şəxsiyyətlərdən biri – alman əsilli, İkinci Dünya Müharibəsinin tanınmış sualtı donanma komandiri Viktor Ernin doğum günüdür.1907-ci il məhz bu tarixdə Gədəbəydə dünyaya gələn Viktor Ern, sonradan Almaniyaya köçərək hərbi karyerası ilə adını tarixə yazdırıb. O, Hitlerin sevimli zabitlərindən biri kimi U-37 sualtı qayığının komandiri olub və müharibə illərində rekord sayda, ümumilikdə 26 gəmini batıraraq, 24-nü isə zədələyib. Qısa müddət ərzində qazandığı uğurlar onu alman donanmasının önəmli simasına çevirib. Viktor Ern “Dəmir xaç” ordeninə layiq görülüb və müharibədən sonra Almaniyada yüksək vəzifələrdə çalışıb. Tanınmış tarixçi Teodor Savas onu “Adı olmayan As” adlandırıb. Qeyri-rəsmi məlumatlara görə, o, doğulduğu torpaq olan Gədəbəyi heç zaman unutmayıb və bir neçə dəfə rayona səfər edib.R.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
"Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
Dünyanı Sənat Qurtaracaq
Portağal Mürəbbəsi – Qışın Ən Ətri və Ləzzətli Resepti!