Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabr ayının 20-si saat 22:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 400-cü kilometrliyində qeydə alınıb.
Yavər Kamil oğlu Hacılının idarə etdiyi "Mercedes" markalı 77-EF-438 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub, nəticədə piyada həyatını itirb.
Faktla bağlı araşdırma aparılır.