Yaponiya parlamentinin aşağı palatasında səsvermənin nəticəsi ölkə tarixində ilk qadın baş nazirinin seçilməsi ilə nəticələnib.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Sanae Takaiçi aşağı palatada səsvermədə qalib gəlib. O, 465 yerlik palatada 237 səs toplayıb. Çoxluğun səsini almaq üçün ona 233 səs lazım idi.
Ehtimal olunur ki, Takaiçi parlamentin yuxarı palatası tərəfindən təsdiqlənəcək və bu axşam Yaponiyanın 104-cü baş naziri kimi and içəcək.
“The Hill” yazıb ki, Takaiçi Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin pərəstişkarıdır. Ultra-mühafizəkar baxışlara malik olan Takaiti imperator hakimiyyətinin yalnız kişilər üçün varislik hüququnu dəstəkləyir.
O, eynicinsli nikahlara qarşı çıxır. Bundan başqa, qadınların evli cütlüklərin fərqli soyadlara sahib olmasına icazə verən mülki qanunvericiliyin yenidən nəzərdən keçirilməsinin əleyhinədir.
Xatirə SADİQ