AZ

Palma yağı qorxulu deyil, faydalıdır –Həkim rəyi

Tərkibində palma yağı olan məhsulların alınması zamanı ehtiyatlı olmağa ehtiyac yoxdur.

AzPost 1tv.ru-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Birinci Kanalı”nda yayımlanan “Sağlam yaşa!” proqramında həkimlər izah edib. Onlar izah ediblər ki, bu bitki yağında xolesterol yoxdur və çox vaxt çörək məmulatlarında istifadə olunan trans yağlardan fərqli olaraq E vitamini çoxdur.

Tibb elmləri doktoru Yelena Malışeva qeyd edib ki, kərə yağı bahalı məhsuldur. Ona görə də istehsalçılar adətən onu müxtəlif trans yağlarla, o cümlədən marqarinlərlə əvəz edirlər. O, palma yağının xolesterolsuz bitki yağı olduğunu və sağlamlıq üçün heç bir risk daşımadığını vurğulayıb.

Tibb elmləri doktoru Mixail Konovalov əlavə edib ki, palma yağı gündəlik E vitamini ehtiyacının təxminən 80%-ni təmin edir və bu, onu pəhrizin faydalı komponentinə çevirir.

AzPost.az

Seçilən
31
1
azpost.info

2Mənbələr