AZ

Gümrüdə iğtişaşlarla bağlı 33 nəfər saxlanılıb

Ermənistanda kütləvi iğtişaşlar və ədalətə maneə törətmə faktları üzrə cinayət işi açılıb...

Poliqon xəbər verir ki, Ermənistanın Gümrü şəhərində kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmə faktları üzrə başlanmış cinayət işi çərçivəsində 33 nəfər saxlanılıb.

Ermənistan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslər dünən şəhərdə baş verən iğtişaşlarda və dövlət orqanlarının fəaliyyətinə qarşı yönəlmiş hərəkətlərdə iştirakda şübhəli bilinir. Onların bir hissəsinin polis əməkdaşlarına müqavimət göstərdiyi, bəzilərinin isə ictimai asayişin bərpasına mane olmaq məqsədilə kütləni təhrik etdiyi bildirilir.

Hadisə ilə bağlı istintaq davam edir. İğtişaşların səbəbləri və təşkilatçıları müəyyənləşdirilir.

Qeyd edək ki, dünən Ermənistan hüquq-mühafizə orqanları Gümrü şəhərinin meri Vardan Qukasyanı rüşvət ittihamı ilə həbs edib.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr