Qazax Rayon İcra Hakimiyyətinin (RİH) kompüter, kompüter avadanlıqları və inventarların alınması ilə əlaqədar elan etdiyi kotirovka sorğusu baş tutmayıb.
Pravda.az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Kotirovka sorğusunun dəyəri 8 772 AZN olub. Bu məbləğə 7 kreslo, 2 noutbuk, 1 printerin alınması nəzərdə tutulub.
Cabir
Tarix: 21 Oktyabr 2025, 10:17