Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətiməlumatyayıb. Bildirilib ki, saxlanılanlar barəsində bir sıra maddə ilə cinayət işi açılıb. Onlar əsasən "kütləvi iğtişaş yaratmaqda", həmçinin qanuni fəaliyyətə müdaxilədə, ədalət mühakiməsinə və istintaq hərəkətlərinə maneçilik törətməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, dünən səhər saatlarında Ermənistanın təhlükəsizlik qüvvələri Gümrü bələdiyyəsində xüsusi axtarış aparıb. Nəticədə şəhərin meri Vardan Qukasyan və daha 7 nəfər rüşvətxorluq ittihamı ilə saxlanılıblar. Axtarış aparıldığı əsnada merin tərəfdarları binanı mühasirəyə alıblar. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında uzunmüddətli toqquşma meydana gəlib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta