AZ

"Azərkosmos" “Azersky-2” layihəsi çərçivəsində "SpaceX" ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycanda peyklərin istehsalını yaxın gələcəkdəreallaşdıracağıq. Bunun üçün artıq ilk addımlarımızı atdıq:Tədqiqat və İnkişaf üzrə komandamız artıq 1 il yarımdır ki,mürəkkəb siyasi şəraitdə olsa da İsraildə Azersky-2 layihəsiçərçivəsində peykin istehsalı üzrə intensiv təlimlər keçirlər.

Trend xəbərverir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarəHeyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov"Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadiinkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.

Onun sözlərinə görə, peyk istehsalı zavodu və istehsalata cəlbediləcək işçilər üçün Kosmik Aparatların İnkişafı Mərkəzininqurulması üzrə dizayn və layihələndirmə işlərinə yekun vurulub:"Mərkəz üçün tikinti yerimiz məlumdur. Yaxın aylarda tikintiyəbaşlayacağıq. Peykimizin daşıyıcı raketi olaraq SpaceX şirkətiniseçmişik".

"Bununla yanaşı, Azərkosmos tarixində ilk dəfə törəmə müəssisə -Kosmik Aparatların İstehsalı Mərkəzi - “Spacecraft Development andProduction” MMC yaratdıq. MMC kosmik aparatların istehsalılayihələrimizi daha asan şəkildə həyata keçirməkdə dəstək olacaq",- deyə D. Bədirxanov vurğulayıb.

Məqalədə:
Seçilən
132
5
az.trend.az

8Mənbələr