AZ

Bayden prostat xərçəngi müalicəsi üçün şüa terapiyasını başa vurub

ABŞ-nin sabiq prezidenti müalicə kursunu uğurla tamamlayıb...

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi diaqnozu ilə keçdiyi şüa terapiyası kursunu başa çatdırıb.

Poliqon xəbər verir kibu barədə onun nümayəndəsi CBS News telekanalına açıqlama verib.

Məlumata görə, 83 yaşlı Baydenin müalicəsi ölkənin aparıcı onkoloji mərkəzlərindən birində aparılıb və bazar ertəsi yekunlaşıb. Həkimlər prosedurun planlaşdırıldığı kimi keçdiyini və hazırda sabiq prezidentin vəziyyətinin stabil olduğunu bildiriblər.

Hazırda Baydenin əlavə müalicəyə ehtiyacı olub-olmayacağı dəqiqləşdirilməyib. Onun yaxın ətrafı qeyd edib ki, həkimlər bir neçə həftə ərzində təkrar müayinə apararaq sonrakı mərhələdə atılacaq addımlara qərar verəcəklər.

Co Baydenin səhhəti son aylarda ABŞ mediasında geniş müzakirə olunur. Həkimlər onun ümumi fiziki vəziyyətinin yaşına uyğun normal səviyyədə olduğunu bildirirlər.

Poliqon.info

Seçilən
154
poliqon.info

1Mənbələr