Uşaqların tərbiyəsində kim məsuliyyət DAŞIYIR?
Ajans.az xəbər verir ki, “ Baku Tv” kanalının “Aktual Gündəm” verilişində qonaq olan psixoloq Ülviyyə Murtuzova uşaqların tərbiyəsindən, sosial şəbəkələrin yeniyetmələrin həyatına müsbət və mənfi təsirlərindən söz açmışdır. Psixoloq qeyd edib ki, indi cəmiyyətdə övladın bütün məsuliyyətini valideynin üzərinə atırlar. Uşaqları sosial şəbəkələrdən uzaq saxlamaq o qədər asan deyil. Uşaqlarda 15 yaşda “antisosial şəxsiyyət pozğunluğu” inkişaf etməyə başlayır. Əgər, qarşısı alınmırsa bu “ paranoid şəxsiyyət pozğunluğu”na çevrilə bilər. Bunun da ağır fəsadları sonradan ortaya çıxır. Nəticədə dəhşətli cinayətlər qaçılmazdır.