AZ

“Kurtlar Vadisi”nin aktyoru yeni serialla qayıdır

Türkiyəli məşhur aktyor Burak Sevinçin yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, o, yeni başlayacaq “Yeraltı” serialında çəkiləcək.

Aktyor ekran işində “Merdan” obrazına həyat verəcək. Çəkilişləri gələn ay başlayacaq layihədə Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygırlıoğlu kimi tanınmışlar da rol alacaq. 

Qeyd edək ki, 39 yaşlı sənətçi karyerası ərzində “Kurtlar Vadisi Pusu”, “Evli ve Öfkeli”, “Söz”, “Kırmızı Oda” və “Hudutsuz Sevda” kimi iddialı seriallarda çəkilib.

Seçilən
114
cebheinfo.az

1Mənbələr