AZ

“Azersky” peykindən 80 mindən çox görüntü və milyonlarla meqabayt məlumat yüklənib

Bakı. Trend:

Orbitdə olduğu müddətdə Azersky peykindən milyonlarla meqabaythəcmində ümumilkdə 80 000-dən çox peyk təsviri yüklənib.

Trend xəbərverir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarəHeyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov"Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadiinkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.

O vurğulayıb ki, bu peyk təsvirləri ilə geniş arxiv bazasıyaradılıb:

“Peykin arxiv təsvirləri ilə Yerdə baş verən dəyişikliklərintəhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlarbaxımından xüsusi əhəmiyyət kəsb edir.

Əldə edilmiş təsvirlər qonşu ölkələrdə baş verən iriqmiqyaslıfövqəladə halların qiymətləndirilməsi və aradan qaldırılması zamanıda aktiv istifadə olunub”.

“Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, TacikistandaDünya Bankının qrant dəstəyi ilə kənd təsərrüfatı, kadastr və suehtiyatlarının idarəolunması üzrə aparılmış kommersiya layihələriilə gəlirlərimiz ildən-ilə artıb. Bu da Azersky peykinresurslarının düzgün biznes modelindən və satış strategiyasındanxəbər verir”, - deyə D. Bədirxanov qeyd edib.

Seçilən
123
az.trend.az

1Mənbələr