AZ

“Jasmin” uşaq bağçasında qalmaqal: Direktor işçinin pulunu vermir

Bakıda fəaliyyət göstərən “Jasmin” uşaq bağçasında əməkhaqqı qalmaqalı yaşanıb.

Bu barədə müəssisənin sabiq işçisi Könül Vəliyeva Publika.az-a mürəciət edib. O iddia edir ki, bağçanın direktoru Aliyə Şirinova onun maaşından 500 manat əsassız şəkildə kəsib və bu günədək də vəsaiti qaytarmayıb.

Onun sözlərinə görə, bağçada bir müddət qeyri-rəsmi şəkildə çalışıb və əmək müqaviləsi imzalanmayıb:

“Məni rəsmi işə götürmədilər. Hər ay maaşımı nağd şəkildə alırdım. Sonuncu ay isə direktor 500 manat saxladı. O vaxtdan pulumu ala bilmirəm”.

Məsələ ilə bağlı bağçanın direktoru Aliyə Şirinova ilə əlaqə saxladıq. O, Könül Vəliyevanın əməkhaqqısının bir hissəsinin ödənilmədiyini təsdiqlədi və problemi qısa zamanda həll edəcəyinə söz verdi.

Seçilən
78
publika.az

1Mənbələr