AZ

Gümrü meri həbs edildi

Bakı. Trend:

Ermənistanın Antikorrupsiya Məhkəməsi rüşvət almaqda ittihamolunan Gümrü şəhərinin meri Vardan Qukasyan barəsində iki aymüddətinə həbs qətimkan tədbiri seçib.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bu barədə Qukasyanın vəkili müvafiqqərarın verilməsindən sonra açıqlama verib.

“Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi iləbağlı qərar qaəbul edib”,- deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 20-si səhər saatlarında yüzlərləhüquq-mühafizə orqanı əməkdaşı Gümrü meriyasının binasına gəlib,şəhər meri Vardan Qukasyanı saxlayıb. Bir neçə saat ərzində yerlisakinlər və meriya əməkdaşları əməliyyatın qarşısını almağaçalışsalar da, polis binanın qarşısında toplaşan kütləni gdağıdıbvə Qukasyanı binadan çıxara bilib. Bundan əlavə, polisəməkdaşlarının “qanuni tələblərinə tabe olmamaq” ittihamı iləGümrünün təxminən iyirmiyə yaxın yerli sakin saxlanılıb.

Məqalədə:
Seçilən
81
az.trend.az

1Mənbələr