AZ

Avropada etil spirti qadağan edilə bilər

Bakı. Trend:

Avropanın Kimyəvi Maddələr üzrə Agentliyi (ECHA) etil spirtininkanserogen maddələrin siyahısına salınmasının mümkünlüyünü nəzərdənkeçirir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər veirr.

Məlumata görə, belə bir qərar qəbul olunsa, sözü gedən spirtnövünün satışı və tətbiqi Avropanın tibbi və əczaçılıqmüəssisələrində qadağan edilə bilər. Oktyabrın 10-da agentliyinişçi qruplarından biri etil spirtini xərçəng xəstəliyinin inkişafıriskini artıran və hamiləlik zamanı fəsadlaşma təhlükəsiz yaradanbir maddə kimi təsvir edən tövsiyə xarakterli raport dərc edib.

ECHA-nın aktiv biosid maddələrin öyrənilməsi üzrə komitəsinoyabrın 24-dən 27-dək iclas keçirəcək. Həmin iclasda agentliketanolun insan üçün təhlükəli maddə kimi təsnif olunması məsələsinədair qərar qəbul edəcək. Daha sonra bu tövsiyə Avropa Komissiyasınatəqdim olunacaq və yekun qərarı Komissiya verəcək.

Seçilən
63
4
az.trend.az

3Mənbələr